تبلیغات
turkçe kitab ve hər nə istarsiniz - محمد آراز اویان آذر بایجان
 
turkçe kitab ve hər nə istarsiniz
YASHASİN HURMATLİ TURK DİLİ
درباره وبلاگ


آدرس جدید www.turkistan.orq.ir
yeni adres www.turkistan.orq.ir
new address www.turkistan.orq.ir

مدیر وبلاگ : فرهاد cavan aslan
نویسندگان
نظرسنجی
از وبلاگم چه انتطاری دارید






سه شنبه 27 اسفند 1387 :: نویسنده : فرهاد cavan aslan
Nə yatmısan qoca vulkan, səninləyəm 5487!
Ayağa dur. Azərbaycan, səninləyəm 5487!
Səndən qeyri,
biz hər şeyi bölə billik.Səndən qeyri,
Biz hamımız ölə billik.
Bu Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır.
Ayağa dur Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir:
- Nər oğlu nər səninləyəm!
Səninləyəm silah tutan,
kulung tutan , yaba tutan,
Kösöy tutan nişanlı ər səninləyəm!
Səninləyəm qız atası,
Hanı nərən , hanı səsin?
Hani andın?
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın?
Gözünü sil vətən oğlu,
Ayağa qalx!
Üfüqünə bir yaxşı bax,
Sərhədinə bir yaxşı bax,
Sərhədinin kəməndinə bir yaxşı bax!
Dur içindən qorxunu boğ,
Ölümünlə qalımını ayırd elə.
Dur içindən dovşanı qov,
Dur özünü Boz Qurd elə!
Varım - yoxum səninləyəm,
Azım - çoxum səninləyəm,
Şirin yuxum səninləyəm
Yıxın məni söz atından, -
Atın məni tank altına,
Əzin məni xıncım - xıncım,
Kəsmir əgər söz qılıncım.
Didin məni didim - didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918 -də vuruşurdu
danışmirdı rəncbər atan,
rəncbər atam!
Oyat bizi ey yaradan səninləyəm 5487!
Ya birmərrə yatırt bizi,
Ya birmərrə oyat bizi.
Ya yenidən yarat bizi!
Ey yaradan, səninləyəm!
Səninləyəm yatmış vulkan.
Səninləyəm!
Ayağa dur Azərbaycan,
Səninləyəm!



نوع مطلب :
برچسب ها :


آمار وبلاگ
  • کل بازدید :
  • بازدید امروز :
  • بازدید دیروز :
  • بازدید این ماه :
  • بازدید ماه قبل :
  • تعداد نویسندگان :
  • تعداد کل پست ها :
  • آخرین بازدید :
  • آخرین بروز رسانی :
div>
 
 
 


Design : LearningBet