تبلیغات
turkçe kitab ve hər nə istarsiniz - Üç şahzadə birinci bolum
 
turkçe kitab ve hər nə istarsiniz
YASHASİN HURMATLİ TURK DİLİ
درباره وبلاگ


آدرس جدید www.turkistan.orq.ir
yeni adres www.turkistan.orq.ir
new address www.turkistan.orq.ir

مدیر وبلاگ : فرهاد cavan aslan
نویسندگان
نظرسنجی
از وبلاگم چه انتطاری دارید






جمعه 1 بهمن 1389 :: نویسنده : فرهاد cavan aslan
Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşah çox pul xərcləyib oğlanlarını oxutmuşdu. Oğlanlar öz zamanlarının dərslərini irəvan eləyib elm dəryası olmuşdular. Günlərin bir günündə xəbər çıxdı ki, oğlanlar dərslərini qurtarıb gəlirlər. Di şəhər bəzəndi, dəsgah... Oğlanlar gəldilər. Bir neçə gün keçəndən sonra, padşah bir gecə böyük oğlunu yanına çağırıb dedi:
- Oğul, daha oxuyub dərsinizi qurtardınız, elə mən də qocalmışam, istəyirəm sabahdan padşahlığı verəm sənə, ortancıl qardaşını sənə vəzir, kiçik qardaşını da vəkil təyin eləyirəm.
qaldiği yərdən oxumax uçun ardini oku tuşuna basin
 

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşah çox pul xərcləyib oğlanlarını oxutmuşdu. Oğlanlar öz zamanlarının dərslərini irəvan eləyib elm dəryası olmuşdular. Günlərin bir günündə xəbər çıxdı ki, oğlanlar dərslərini qurtarıb gəlirlər. Di şəhər bəzəndi, dəsgah... Oğlanlar gəldilər. Bir neçə gün keçəndən sonra, padşah bir gecə böyük oğlunu yanına çağırıb dedi:
- Oğul, daha oxuyub dərsinizi qurtardınız, elə mən də qocalmışam, istəyirəm sabahdan padşahlığı verəm sənə, ortancıl qardaşını sənə vəzir, kiçik qardaşını da vəkil təyin eləyirəm.
Oğlan doğrudan da çox ağıllı oğlan idi, dedi ki:
- Dədə, mən təzə gəlmişəm. Bütün ömrümü qürbətdə keçirmişəm. Ona görə də camaatı, vilayəti necə dolandırmaq lazımdı, hələ bacarmaram.
Padşah oğlundan heç belə cavab gözləmirdi. Elə ki, bunu eşitdi, dedi:
- Get, ancaq qardaşlarına bu barədə heç bir söz demə!
Belə deyib oğlunu mürəxxəs elədi. Sabahı gecə ortancıl oğlunu çağırıb dedi ki:
- Oğul, istəyirəm padşahlığı verəm sənə, böyük qardaşını vəzir, kiçiyi də vəkil təyin eləyəm.
Oğlan dedi:
- Yox, bunu mən qəbul eləmərəm. Məndən böyük qardaşım var, padşahlıq ona verilməlidi. O, dura-dura mən padşah olmaram.
Padşah bunu da mürəxxəs eləyib tapşırdı ki, qardaşlarına bir söz deməsin.
Üçüncü gecə kiçik oğlunu çağırıb ona da haman sözləri dedi, o da cavab verdi ki:
- Böyük qardaşım dura-dura mən padşahlığı qəbul eləmərəm.
Padşah bunu da mürəxxəs eləyib tapşırdı ki, qardaşlarına bu barədə heç bir söz deməsin. Qardaşlar üçü də bu işdən pəcmürdə olmuşdular. Axırda ki, özlərini saxlaya bilməyib məsələni açdılar. Baxdılar ki, padşah üçünə haman sözləri deyib. Fikirləşdilər ki, indi ki, biz onun sözünü rədd eləmişik, bizə bundan sonra pis nəzərnən baxacaq. Yaxşısı budu ki, biz də hələlik hirsi soyuyanacan çıxaq səyahətə.
Di padşaha adam göndərdilər, padşah razılıq verdi. Tədarük görüldü, lazım olan şeylər hazırlandı, oğlanlar üçü də dədələrinin görüşünə gəldilər. Padşah böyük oğlunun alnından öpüb dedi:
- Get, oğul, ancaq yadında qalsın, qabağına çıxan qisməti təpikləmə...
Ortancıl oğlunun alnından öpüb dedi:
- Gördün ki, bir məqsuda çatacaqsan, ona çatmaq üçün tələsmə!
Kiçik oğlunun alnından öpüb dedi:
- Həmişə dara düşəndə qocaların məsləhətinə qulaq as!
Oğlanların üçü də görüşüb, atları minib yola düşdülər. Gəlib yetişdilər bir özgə padşahın vilayətinə. Bir neçə vaxt qaldılar burda, bunların kamalları şəhərdə hamını heyran elədi. Bu şöhrət axırda gedib bu məmləkətin padşahına çatdı. Padşah bunların üçünü də qonaq çağırdı. Di bir az söhbət eləyəndən sonra yemək gəldi. Padşah ayağa qalxıb dedi:
- Mən ac deyiləm, siz özünüz necə ki, kefinizdi yeyin, məni bağışlayın!
Padşah bunu deyib o biri otağa keçdi. Onun məqsədi ayrı idi. O, istəyirdi ki, onları tək qoyub, özü onlara tamaşa edib görsün, doğrudan necə adamlardı. Odu ki, qapının dalında əyləşib onları seyr eləməyə başladı. Böyük oğlan ortadakı qızarmış quzudan bir az kəsib elə ağzına qoycaq tüpürdü yerə. O biriləri soruşdular ki:
- Nə olub?
Böyük qardaş üzünü turşudub dedi:
- Bu quzu əti deyil, it ətidi.
Padşah bunu eşidib hirsləndi ki, onlar necə cəsarət eləyib onun ətini it ətinə oxşadırlar. Elə istəyirdi ki, girib onları tutdursun, bu halda ortancıl qardaş əlini uzatdı şəraba. Şərabdan bir stəkan töküb ağzına yaxınlaşdırcaq, tüpürdü yerə.
Soruşdular:
- Nə oldu?
Dedi:
- Bu şərab deyil, insan qanıdı.
Kiçik oğlan dedi:
- Yaxşı, aşpazdan əmələ gəlmiş bicdən daha bundan artıq nə gözləmək olar ki?
Padşah bunu eşidəndə lap dəli oldu. Vaxt elədi ki, hirsindən bağrı çatlasın. Bir istədi ki, üçünün də boynunu vurdura. Ancaq bir az fikir eləyib öz-özünə dedi:
- Yaxşısı budu, çağırım bir aşpazdan, şərabçıdan soruşum, sonra.
Çağırdı aşbazı:
- De görüm, bu gün bişirdiyin quzunu haradan almışdın?
Aşpaz dedi:
- Şah sağ olsun, çoban sürüdən gətirmişdi.
Padşah əmr elədi çoban gəldi.
- Bu quzunu hardan gətirmişdin?
- Şah sağ olsun, sürüdən.
- Çoban, bu quzudan it əti tamı gəlir, bir əməlli fikirləş!
Çoban bu sözü eşidəndə başladı yarpaq kimi tir-tir titrəməyə.
Padşah dedi:
- Qorxma, de görüm bu nə işdi?
Çoban dedi:
- Padşah sağ olsun, həmin quzu anadan olandan iki gün sonra anasını qurd parçalamışdı. Biz fikirləşdik ki, ta bu böyüyüb bizə qoyun olmayacaq. Odu ki, ötürdük başına. Elə çəpindən həmin otlaqda bizim, üzdən iraq itimiz də qancıqlamışdı. Bir gün mən gəlib gördüm ki, həmin quzu iti əmir, ta buna heç fikir vermədim. Siz indi it ətinin tamı deyəndə yadıma düşdü, o yəqin o quzu olacaq.


 



نوع مطلب : nağilar، 
برچسب ها : uç şahzade، nağil، kitab، ;jhf، کتاب، 3 شاهزاده،


آمار وبلاگ
  • کل بازدید :
  • بازدید امروز :
  • بازدید دیروز :
  • بازدید این ماه :
  • بازدید ماه قبل :
  • تعداد نویسندگان :
  • تعداد کل پست ها :
  • آخرین بازدید :
  • آخرین بروز رسانی :
div>
 
 
 


Design : LearningBet