تبلیغات
turkçe kitab ve hər nə istarsiniz - uç şəhzade 3uncu və 4uncu bolum
 
turkçe kitab ve hər nə istarsiniz
YASHASİN HURMATLİ TURK DİLİ
درباره وبلاگ


آدرس جدید www.turkistan.orq.ir
yeni adres www.turkistan.orq.ir
new address www.turkistan.orq.ir

مدیر وبلاگ : فرهاد cavan aslan
نویسندگان
نظرسنجی
از وبلاگم چه انتطاری دارید






جمعه 1 بهمن 1389 :: نویسنده : فرهاد cavan aslan

Ancaq burda gizlin bir sirr var ki, o qızı istəmək üçün saraya girənlərin biri də qayıdıb eşiyə çıxmır. Bu saat bütün bu şəhər camaatı bu qıza aşiqdi. Ancaq bu işin qorxusundan bir adam cəsarət eləyib elçi göndərə bilmir.
Oğlan dedi.
- Bu qızı mən alacağam.
Kişi gülümsünüb dedi:
- Yazıqsan oğlan! Sən yaxşı bir cavansan, özünə hayıfın gəlsin, bu sevdadan vaz keç!
Oğlan dedi:
- Yox, hər nə təhər olsa, mən gərək bu qızı alam.

qaldiği yerdən oxumax uçun ardini oku tuşuna basin
  3

Ancaq burda gizlin bir sirr var ki, o qızı istəmək üçün saraya girənlərin biri də qayıdıb eşiyə çıxmır. Bu saat bütün bu şəhər camaatı bu qıza aşiqdi. Ancaq bu işin qorxusundan bir adam cəsarət eləyib elçi göndərə bilmir.
Oğlan dedi.
- Bu qızı mən alacağam.
Kişi gülümsünüb dedi:
- Yazıqsan oğlan! Sən yaxşı bir cavansan, özünə hayıfın gəlsin, bu sevdadan vaz keç!
Oğlan dedi:
- Yox, hər nə təhər olsa, mən gərək bu qızı alam.
Kim ona nə dedisə beyninə girmədi. Sabahısı günü düz birbaş getdi padşahın yanına.
- Padşah sağ olsun, mən gəlmişəm sənin qızını almağa.
Padşah çox razılıqla onu qəbul elədi. Ancaq dedi ki:
- Doğrudu, axırda bir oğlan bir qızın, bir qız bir oğlanındı. O da doğrudu ki, mənim qızım mənim sözümdən çıxmaz. Ancaq mən onun sonrakı bədbaxtlığına bais olmaq istəmirəm. Sən çox da mənim xoşuma gəlirsən. Bəlkə heç qızın xoşuna gəlməyəcəksən. Ya elə qız özü sənin xoşuna gəlməyəcək. Mənim şərtim budu. Səni sabah qızımnan ötürərəm bir otağa. Orda bir-iki saat bir-birinizlə söhbət edərsiz. Əgər ikiniz də bir-birinizi bəyənsəniz, ondan sonra baş üstə!
Oğlan bu təklifə lap ürəkdən razı oldu. Özü də çox şad oldu. Daha bundan yaxşı nə ola bilər ki?..
Sabahısı oğlanı gətirdilər qızın otağına. Qız nə qız. Huri, mələk. Şəkildəkindən beş qat gözəl, şəhla gözlü, şirin sözlü, hilal qaşlı, balınc döşlü, fındıq burunlu, açıq alınlı, güləbətin ətəyi, dili bal pətəyi, dişləri siçan dişi kimi, ta nə deyim, gəl məni gör, dərdimdən öl...
Oğlan huş-bihuş yerində dayandı. Nazənin məxmər döşəyin üstündən qalxıb süd kimi ayaqlarını fərşin üstünə basa-basa oğlana tərəf gəlməyə başladı. Oğlan ta lap özünü itirdi. Elə handa-handaydı ki, yıxılsın, şümşad qollar Hindistan ilanı kimi dolandı oğlanın boynuna. Oğlan ayıldı, tez dala çəkildi, qız irəlilədi. Qız güclə onu qucaqlamaq istəyirdi. Oğlanın gözləri kəlləsinə çıxmışdı. Elə az qalırdı ki, qucaqlayıb o gülab süzülən dodaqlardan doyunca özünü sirab eləsin, birdən atasının sözü yadına düşdü:
«Gördün ki, bir məqsuda çatacaqsan, ona çatmaq üçün tələsmə!..» Oğlan elə bil ki, yuxudan ayıldı. İlan vurmuş adamlar kimi yerindən tullanıb, dala qaçdı. Qız qovdu, oğlan qaçdı, qız qovdu, oğlan qaçdı, axırda oğlan gördü ki, yox, bunun əlindən qurtarmayacaq, özün vurdu qapıya, qapı da bağlı... Çəkildi dala, qız hən-hün eləyib bunu tutuncan oğlan qapıya bir təpik çəkdi, qapı sındı. Oğlan bayıra tullandı. Baxdı ki, əlində yalın qılınc bir adam orda hazır durub. Bayaq ha yıxılıb özündən getdi. Bu əhvalatdan üç gün keçmiş oğlan yuxudan ayılıb özünü ipək yorğan-döşəkdə gördü. Yanında da bir çox dava-dərman var idi. Baxdı ki, başı yaman ağrıyır. Əlini atdı başına, gördü ki, başını səritdiyib bağlayıblar. Lap məəttəl qalı. Bu vaxtı bir də nə gördü. Qız barmaqlarının ucunda yavaş-yavaş girdi evə. Daha bu halı necə ki, lazımdı deyə demirəm. Həftə keçdi, gün keçdi, oğlan yaxşı oldu. Ta bir adama ki, öz məşuqəsi dava-dərman verə, bir naxoş ki, öz yari-nazəninin əlindən dərman içə, əlbət ki, sağalar. İndi yavaş-yavaş oğlan başlamışdı gəzməyə.
Bir gün yenə oğlan qızla oturmuşdular bağda, padşah gəldi bunların yanına. Oğlan ondan soruşdu:
- Şah sağ olsun, mən axı bir şeyə məəttəl qalmışam. Mən yıxılan günü, əlində qılınc qapıda durub məni qorxudan kim idi.
Padşah gülüb dedi:
- Mən qızımı bir halal süd əmmiş namuslu adama ərə vermək istəyirdim. Ona görə də belə bir qənir götürdüm. Kim mənim qızımı gəlib istəyirdisə, mən onu salırdım qızımın yanına. Özüm də əlimdə qılınc qapının deşiyindən baxırdım. Qıza da tapşırmışdım ki, oğlanla mazaq eləyib onu dingildətsin, necə ki, sən özün də bunu gördün. Elə ki, qız belə eləyirdi, oğlanın əlbəhəl halı dəyişib ayrı fikirlərə düşürdü. Əlbəhəl namussuz adam olduğunu bilirdim. Mən də əlimdəki qılıncla başını bədənindən ayırıb yer üzünü belənçik nakəslərdən təmizləyirdim. Amma sən doğrudan da halal süd əmmiş adamsan. Çünki qız nə qədər sənə soxuldusa, sən qaçdın.
Oğlan dedi:
- Çünki mənim atam mənə vəsiyyət eləyib ki, «elə ki, gördün bir məqsuda çatacaqsan, ona çatmaq üçün tələsmə».
Padşah toy eləyib qızı verdi ona, padşahlığı da ona tapşırıb qoca günlərində hərəmxanasına çəkildi. Bu da burda öz keyfində olsun, biz görək kiçik oğlan nə oldu.
Kiçik oğlan gedib-gedib bir şəhərə yetişdi. Bir gün şəhəri gəzə-gəzə lap çıxdı qırağa. Qabağına bir gözəl dam-daş çıxdı. Evin pəncərəsindən bir qız baxırdı, bir qız baxırdı ki, getmə gözümdən, gedərəm özümdən. Oğlan bir ürəkdən min ürəyə qıza elə vuruldu ki, heç məcnun da bu boyda vurulmamışdı. Axşamacan qaldı orda. Gecə çıraqlar yanandan sonra gəldi şəhərə, amma elə fikri oradaydı. Gecə düşdüyü hicrədəki yoldaşına dərdini açdı. O adam əhvalatı buna danışdı.
Deməginən bu qız padşahın qızı imiş. Padşah onu kimə vermək istəyibsə qız getməyib, ona görə də padşah onu dədə malından məhrum eləyib, evindən qovub. O da həmən o dam-daşı tikdirib özün də tilsimbənd eləyib oturub orda. İndi o tilsimi açmağa nə qədər pəhləvanlar gəlibsə, düşüb qalıblar orada.
Oğlan dedi:
- Mən o qızı alacağam.
Səhər getdi padşahın yanına. Padşah onu lap yaxşı ürəyi istəyən kimi qəbul eləyib dərdini soruşdu, oğlan öz fikrini dedi.
Padşah dedi:
- Mən lap ürəkdən buna şadam. Ancaq vallah onun ixtiyarı mənim əlimdə deyil. O olub bir çəpəl sehrkun.
Oğlan dedi:
- Mən onun tilsimini sındıraram. Ancaq necə ki, sən onun atası, başının sahibi, əvvəl sənin yanına gəlmişəm.


4

Oğlan ordan çıxıb soraqlaşdı, öyrəndi, bu şəhərdə lap qoca bir adam tapıb onun yanına getdi. Qoca ona dedi:
- Bala, o tilsimi sındırmaq üçün bircə yol var. O da budu ki, qızın iki qarabaşı var. Bunlar həftədə bir gün gəlib bazardan lazım olan şey-şüy alıb aparırlar. O qarabaşlardan birini gərək pul gücünə aldadıb tilsimin sirrini öyrənəsən.
Oğlan gedib kəsdi bazar yolunun üstünü. Qızları axır ki, aldadıb, tilsimin sirrini öyrəndi. Sabahısı gedib padşaha məlum elədi ki, mən bu gün tilsimi sındıracağam.
Bunu deyib üz qoydu şəhərin qırağına, qızın dam-daşına tərəf. Şəhərin əhalisi əhvalatı eşidib yığışdılar bura. Oğlan altdan geyinib üstdən qıfıllandı, iki şaqqa ət götürüb girdi evə. Baxdı ki, qarabaşların dediyi kimi pilləkanın qabağında bir aslan, bir də bir qaplan bağlanıb. Qızların öyrətdiyi kimi ətin bir parçasını aslana, o birini qaplana atdı, ayaq qoydu pilləkana. Qapıdan keçəndə göydən asılmış sehirli qılınc aşağı endi. Tez yanındakı divarda duran düyməni basdı. Qılınc sındı, düşdü yerə. Girdi evə. Baxdı ki, hər tərəf od alıb yanır. Odun içindən də bir əcdaha buna həmlə eləyir. Qızların öyrətdiyi kimi özün atdı əcdahanın üstünə. Yapışıb boğazından bunu boğdu. Hər tərəfi tüstü bürüdü. Tilsim sındı. Camaat çöldə durub oğlana heyifsilənirdilər. Bir də gördülər ki, oğlan budu qız qucağında çıxdı balkona. Camaatdan bir gurultu qopdu ki, ta nə təhər. Qız düşdü, gəldi atasının bərabərinə. Onun əlindən öpüb dedi:
- Ata, sən məni hər yoldan keçənə vermək istəyirdin, mən də buna razı deyildim. İndi bu oğlan, deyəsən, elə mən axtardığımdı. Sən urusqat versən, mən bu oğlana üç sual verərəm, cavablarını qaytara bilsə, gedərəm buna.
Padşah razı oldu. Qız oğlana dedi:
- İndi get, mənim sorğularımı gözlə!
Sabahısı-gün qız oğlana bir zümrüd göndərdi. Oğlan getdi bazara, bir dənə zəbərcəd alıb qoydu bunun yanına, qaytardı dala. O biri gün qız oğlana bir dənə almaz göndərdi. Oğlan almazı bir daş altdan, bir daş üstdən qoyub əzdi, bir dəsmala bağlayıb qaytardı dala. Üçüncü gün qız oğlana bir brilyant göndərdi. Oğlan gedib bazara, ondan da qiymətli brilyant aldı, iki dənə də yaqut, hamısını bir yerdə göndərdi qıza.
Qız atasına xəbər göndərdi ki, oğlan suallara cavab verib. Kəbin kəsildi, toy oldu. Elə ki, toy qurtardı, padşah oğlanı da, qızı da yanına çağırıb soruşdu:
- Yaxşı, iş qurtardı, indi sən mənə de görüm, bu tilsimi necə sındırdın?
Oğlan dedi:
- Mənə atam tapşırmışdı ki, çətinliyə düşəndə qoca adamların məsləhətinə qulaq as! Odu ki, mən də bir qoca tapıb onun məsləhətiynən tilsimi sındırdım.
Padşah üzünü qızına tutub dedi:
- Bəs sən nə sual verdin, o sənə nə cavab verdi?
Qız dedi:
- Mən birinci dəfə ona bir dənə zümrüd göndərdim ki, mən atam-anam üçün zümrüd kimi bahalıyam, sən məni ala bilməzsən.
Oğlan dedi:
- Mən sənin fikrini anladım. Odu ki, bir dənə zəbərcəd alıb göndərdim ki, çox da qoltuqların şişməsin. Elə mən də ata-anam üçün zəbərcəd kimi qiymətliyəm.
Qız dedi:
- Mən ikinci dəfə bir almaz göndərib dedim ki, mən almaz kimi bərkəm, sən mənim arzularımı yerinə yetirə bilməzsən.
Oğlan dedi:
- Mən başa düşdüm, ona görə də almazı əzib sənə göndərdim ki, əgər sənin arzuların hadağadan çıxsa, o arzuları mən beləcə əzərəm.
Qız dedi:
- Sonra mən bir dənə brilyant göndərdim ki, mən brilyant kimi gözələm.
Oğlan dedi:
- Mən başa düşdüm. Odu ki, ondan da qiymətli bir brilyant alıb sənə göndərdim ki, elə mən də gözələm. Ancaq yanına da iki yaqut qoydum ki, indi gör bizim kimi iki gözəldən iki dənə də yaqut kimi oğlan dünyaya gəlsə, nə qiyamət olar...
Padşah bunların ağıl-dərrakəsini görüb yavaşca durdu ayağa, tacı götürüb qoydu oğlanın başına.
Qardaşlar bir neçə ildən sonra birləşib getdilər atalarının yanına. Ataları böyük dəsgahla onların qabağına gedib gətirdi evə. Əhvalatı biləndən sonra onların alnından öpüb dedi:
- Mən onda qəsdən elə elədim ki, siz çıxıb, gedib özünüzə çörək axtarasınız. Çünki öz əli ilə qazanmayıb ata malına göz tikənlər axırda bədbəxt olarlar.
 



نوع مطلب : nağilar، kitablar، baş gatma، 
برچسب ها : nagil، kitab، book، sher،


آمار وبلاگ
  • کل بازدید :
  • بازدید امروز :
  • بازدید دیروز :
  • بازدید این ماه :
  • بازدید ماه قبل :
  • تعداد نویسندگان :
  • تعداد کل پست ها :
  • آخرین بازدید :
  • آخرین بروز رسانی :
div>
 
 
 


Design : LearningBet