تبلیغات
turkçe kitab ve hər nə istarsiniz - تمثیل های تورکی-turkce ata sozlari
 
turkçe kitab ve hər nə istarsiniz
YASHASİN HURMATLİ TURK DİLİ
درباره وبلاگ


آدرس جدید www.turkistan.orq.ir
yeni adres www.turkistan.orq.ir
new address www.turkistan.orq.ir

مدیر وبلاگ : فرهاد cavan aslan
نویسندگان
نظرسنجی
از وبلاگم چه انتطاری دارید






شنبه 2 بهمن 1389 :: نویسنده : فرهاد cavan aslan

Azərbaycanlıların ən gözəl deyimləri





* Düz xəttdə həyat yoxdur, həyat əyri-üyrü dalğalarda yaranır.

* İştahası çox - pulu az idi.

* Hamısı bir-birinə oxşayan sərçələr görən bir-birlərini necə tanıyır?

ardini oku tuşuna basin.
 

* Bir vaxtlar yolayrıcında, sonra karvansaralarda, sonra vağzallarda veyillənən avaralar indi aeroportlara gedib çıxıblar. Vaxt gələcək onlar kosmodromda veyillənəcəklər...

* “Və sairə”-lərin arxasında nə qədər kəm-kəsir ört-basdır edilir!

* Hər bir vicdanlı adama – istedadlı demək olar. Ancaq hər istedadı olana vicdanlı deyilməz.

* Səs tembrinə görə adamların təqsirkarlıq dərəcəsini müəyyən etmək olmaz!

* Dünyanın ən səmimi nəğməsi – körpə qığıltısıdır.

* Bizim ədəbiyyatda yetimlik də bir səlahiyyət olub, onun da öz sədəqə payı var.

* Təkcə istedadlı olman kifayətdir ki, ətrafına xeyli düşmən toplansın. Daha ötkəm dillə, sərt xarakterlə, kəskin danışıqla, prinsipial davranışla üzərinə əlavə düşmən cəlb etməyə nə ehtiyac?!

* Jurnalistika – zəhməti mənim, bəhrəsi özgənin!

* Onun yaxşı yumor hissi vardı: camaatı özünə güldürə bilirdi.

* Həyatı nizamnamələrə yox, nizamnamələri həyata uyğunlaşdırmaq lazımdır.

* Onun başı o qədər boş idi ki, boğazı üzülsə, başı şar kimi havaya uçardı.

* Onun buz kimi yalanı adamın qanını dondururdu.

* Gözəllik ondur, doqquzu – pul.

* O, soyuq suyu soyuqqanlıqla başına çəkdi.

* Müdir fabrikin işini çox böyük müvəffəqiyyətlə “Hamı bir nəfər üçün” prinsipi üzərində qura bilmişdi.

* Həqiqət insanların nəyinə lazımdır? Sən onlara təsəlli ver!

* Vaxtımızı öldürmək istədiyimiz zaman fərqinə varmırıq ki, vaxt bizi öldürür.

* Gözlərim uzağı zəif görsə də, uzaqgörənlikdən şikayətim yoxdur.

* Adam var dünya gözündə bir nöqtə boydadır. Adam da var bir nöqtəyə baxıb bütöv dünyanı görür.

* Onun gələcəyi artıq geridə qalmışdı.

* Sən məndən üzr istə, bəlkə sənə salam verməyə razı oldum.

* Yazıçılar və salnaməçilər – hər ikisinə “Qələm əhli” deyilir.

* Bəşəriyyətin uşaqlığı təkərli arabaların arxasınca qaça-qaça böyüyüb.

* O, pis işlərlə məşğul olsa da yaxşı yaşayırdı.
Bu isə yaxşı əməl sahibi olsa da pis yaşayırdı.

* Tez-tez təpəsindən tüstü çıxırdı deyə, təpəsinin ortası keçəlləşmişdi.

* Ömrümüz əvvəldən-axıradək “müvəqqəti çətinliklər” içində keçib gedir.

* Əslini danan – nadandır.

* Ləyaqətsiz düşmənin də üzərində gərək ləyaqətlə qələbə çalasan.

* Şair satqın olmaz, şair böhtan atmaz, şair donos yazmaz, ev yıxmaz, kiminsə çörəyinə bais olmaz... Olsa, o - şair olmaz!

* Bəzən ədiblərin ən böyük kəşfi – özlərinə ləqəb tapmaları olur.

* Özünü xeyirxah adam kimi göstərsə də, hamı bilirdi ki, ondan adama xeyir gəlməz.

* Çoxlu pis yazı yazmaqdansa, az – amma yaxşı yazı yazmaq!

* İnsan tək qalanda kollektivi arzulayır, kollektivdə olanda - təkliyi, tənhalığı.

* O, yaxşı sənətkar olduğunu sübut edənəcən sənətə marağı qalmadı.

* Hadisələr insanı deyil, insan hadisələri idarə etməyi bacarmalıdır.

* İnsan qadağalara daha çox maraq göstərir.

* Çalış, sənə deməsinlər: “Niyə gəlmisən?” Desinlər: “Niyə gəlmirsən?”
Çalış, sənə deməsinlər: “Niyə getmirsən?” Desinlər: “Niyə gedirsən?”

* Əsas hara baxmaq yox, nəyi görməkdir.
Əsas nəsə danışmaq yox, nəsə deyə bilməkdir.

* Yenə də Romeo və Cülyettalar var həyatda. Lakin Şekspir yoxdur indi.

* Leyli-Məcnunlar da hər zaman olur. Nizamilər hər zaman olmur.

* Qələbə də qadın kimidir: daim özünə diqqət tələb edir. Kim onun uğrunda ölümə getməyə hazır olursa, ona çatır.

* Nə qədər ki sağsan – dahi deyilsən. Ölərsən – baxarıq.

* Onun gözəl sifətində nə qədər ləkələr vardı!

* Bəşəri sual: İdeal İnsan obrazı. Bu, mümkündürmü?

* Dialektika qanununa görə əmək İnsanı yaradıb. Bəs eşşəklər niyə adam olmur?

* O, 2 qəpiklik başında 2 min manatlıq papaq gəzdirirdi.

* Riyakarlıq kənardan gözəl görünür    



نوع مطلب :
برچسب ها :


آمار وبلاگ
  • کل بازدید :
  • بازدید امروز :
  • بازدید دیروز :
  • بازدید این ماه :
  • بازدید ماه قبل :
  • تعداد نویسندگان :
  • تعداد کل پست ها :
  • آخرین بازدید :
  • آخرین بروز رسانی :
div>
 
 
 


Design : LearningBet